Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:14

«Uşaqları ən çox məmurlardan və korrupsiyadan müdafiə etmək lazımdır»


İyunun 1-i Uşaqları Beynəlxalq Müdafiə günüdür

İyunun 1-i Uşaqları Beynəlxalq Müdafiə günüdür

İyunun 1-i Uşaqları Beynəlxalq Müdafiə günüdür. «Azadlıq» radiosunun «Xəbər-ətər» verilişinin qonağı olan Uşaq Hüquqları Müdafiə Liqasınının sədri Yusif Bəkirov deyir ki, Azərbaycanda uşaqları ən çox məmurlardan və korrupsiyadan müdafiə etmək lazımdır.


Onun fikrincə, hökumət siyasət müəyyənləşdirəndə uşaqları nəzərə almalıdır. Məsələn, uşaq bağçalarını özəlləşdirilməsi prosesində, ali təhsili pullu edəndə və s.


Bununla yanaşı Azərbaycanda 250 min məcburi köçkün uşaq var, onları hüquqlarının pozulmasını beynəlxalq qurumlar da təsdiqləyirlər.


Yusif Bəkirov Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin uşaqların müdafiəsini yaxşı qurmadığını deyir.


Günün bütün mövzuları

XS
SM
MD
LG