Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:26

Təbrizli deputat azərbaycanlılara qarşı təzyiqlərə etiraz edir


İran parlamentində çıxış edən deputat nazirləri sual atəşinə tutub

İran parlamentində çıxış edən deputat nazirləri sual atəşinə tutub

İslami Şura Məclisi adlanan İran parlamentinin Təbrizdən olan millət vəkili Əkbər Ələmi yüzlərlə Azərbaycan fəallarının səbəbsiz həbsinə etiraz edərək ölkənin təhlükəsizlik və daxili işlər nazirliklərini vətəndaşların söz və əqidə azadlığını qoruyan konstitusiyanı pozmaqda ittiham edib.


İranın rəsmi İLNA xəbər agentliyinin mayın 29-da verdiyi məlumata görə, İran məclisində çıxış edən deputat dövlət rəsmilərinə çoxsaylı suallar ünvanlanyıb. Deputat İran konstitusiyanın 15-ci və 19-cu maddələrinin icrasını tələb edib.


Deputat öz sorğusunda təhlükəsizlik və daxili işlər nazirlərindən soruşur: «Sizcə, insanları yalnız öz ana dilinə və doğma mədəniyyətinə bəslədiyi sevgiyə və konstitusiyanın 15-ci maddəsinin icrasını tələb etdiyinə görə həbs etmək olarmı? Sizcə, ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün qorunması bəhanəsi ilə insanların ən ibtidai və insani haqlarına, o cümlədən də söz və əqidə azadlığına, dinc məqsədlərlə, hər hansı bir odlu silah daşımadan keçirilən aksiyalarına qadağa qoymaq olarmı? Sizcə, özünün ibtidai və insani hüquqlarını tələb edən insanların heysiyyətinə, mənliyinə, şəxsiyyətinə toxunaraq heç bir əsas olmadan onların evlərinə girib şəxsi həyatına təcavüz etmək olarmı?»


İran konstitusiyasının 15-ci maddəsinə görə, fars dili ölkənin rəsmi dili olmasına baxmayaraq İranda yaşayan bütün xalqların dilləri fars dili ilə yanaşı məktəblərdə tədris edilə bilər.


2006-cı ilin may hadisələrinin ildönümü ilə əlaqədar bu il mayın 22-də Təbrizdə və başqa şəhərlərdə azərbaycanlılar aksiyalar keçiriblər. Polis və təhlükəsizlik qüvvələri aksiyalara müdaxilə edib, istər aksiyalar zamanı, istərsə də ona hazırlıq günlərində bir sıra fəallar tutulub.


Azərbaycan Məhbuslarını Müdafiə Komitəsi (ASMƏK) mayın 30-da verdiyi son bəyanatda tutulanların həbsxanada təzyiq və işgəncələrə məruz qaldığını bildirir.


XS
SM
MD
LG