Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:04

«Qarabağla Ermənistan arasında münasibətlər olduqca mürəkkəbdir»


«Biz «nə müharibə, nə də sülh» vəziyyətinə son qoymaq istəyirik»

«Biz «nə müharibə, nə də sülh» vəziyyətinə son qoymaq istəyirik»

Dağlıq Qarabağla Ermənistan arasında münasibətlər yumşaq desək, mürəkkəbdir. Nikol İtano ABŞ-ın «Christian Science Monitor» qəzetində yazır ki, Ermənistan hətta rəsmən Dağlıq Qarabağın müstəqilliyini tanımayıb. Yerevan faktiki olaraq müstəqil Qarabağ və Ermənistanın tərkib hissəsi olan Qarabağ arasında manevr edir: «Qarabağın rəsmi şəxsləri Ermənistan Respublikasının pasportlarını daşıyır, çünki özlərinin pasportları dünyada işlənmir».


Baş nazir Serj Sarkisyan rəsmən deyib ki, Ermənistan vətəndaşları Dağlıq Qarabağda və ya təhlükəsizlik zonasında hərbi xidmət keçmirlər. «Amma əslində, erməni yeniyetmələrinin çoxu xidməti Qarabağda ediblər»,- deyə məqalə müəllifi yazır. Dağlıq Qarabağın 25 minlik nizami ordusu var, bu isə müəllifin fikrincə, Qarabağ əhalisinin sayı ilə uzlaşmır.


Məqalədə həmçinin bildirilir ki, ötən il Dağlıq Qarabağ üçün çox uğurlu olub. Bölgəni dörd min turist ziyarət edib. «Əlbəttə, biz «nə müharibə, nə də sülh» vəziyyətinə son qoymaq istəyirik. Amma biz anlayırıq ki, bu, uzun yoldur. Biz öz prinsiplərimizdən əl çəkməyəcəyik, nə indi, nə də 200 ildən sonra. Biz bu müstəqillik üçün böyük qiymət ödəmişik» – qəzet separatçı Dağlıq Qarabağ Respublikasının prezidenti Arkadi Qukasyandan iqtibas gətirir.


Günün bütün mövzuları

XS
SM
MD
LG