Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:52

ABŞ səfiri korrupsiya ilə mübarizə üçün təkliflərini açıqlayıb


Xanım Dersə görə, ABŞ möhkəm dostu və tərəfdaşı kimi Azərbaycanın uğur qazanmasını istəyir

Xanım Dersə görə, ABŞ möhkəm dostu və tərəfdaşı kimi Azərbaycanın uğur qazanmasını istəyir

2006-cı ildə korrupsiyanı qavrama indeksinə görə, Beynəlxalq Şəffaflıq Təşkilatının tərtib etdiyi siyahıda Azərbaycanın 163-cü ölkə arasında 130-cu, Dünya Bankının Biznes Təhlilində 175 ölkə arasında isə 99-cu yerdə olub. Bu barədə məlumat verən ABŞ səfiri Enn Dersin fikrincə, belə statistika Azərbaycanın ciddi və təcili işlər görməli olduğunu göstərir.


Amerika səfiri mayın 31-də Bakıda Beynəlxalq Şəffaflıq Təşkilatının Azərbaycan hökumətilə birgə regional toplantısında korrupsiyaya qarşı mübarizə aparmaq üçün altı təklif irəli sürüb.


O, çirkli pulların yuyulmasına dair geniş qanunun qəbul edilməsi, hökumət rəsmilərinin bütün maliyyə vəsaitləri haqqında məlumatların ictimaiyyətə açıqlanması, dövlət alqı-satqı prosesinin və dövlət vəsaitlərinin açıq şərtlərlə idarə edilməsi və s təkliflərlə çıxış edib. Bundan başqa diplomat deyir ki, korrupsiya ilə mübarizə aparmaq üçün jurnalistlər mühakimə olunmadan hökumət mətbuat azadlığını qorumalıdır. Xanım Dersə görə, ABŞ möhkəm dostu və tərəfdaşı kimi Azərbaycanın uğur qazanmasını istəyir.


Tədbirdə çıxış edən Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev deyib ki, Azərbaycan korrupsiyaya qarşı mübarizədə siyasi iradə nümayiş etdirərək artıq müəyyən təcrübə qazanıb.


Baş prokuror Zakir Qaralov sabiq səhiyyə və iqtisadi inkişaf nazirlərinin cinayət məsuliyyətinə cəlb edilməsini korrupsiya qarşı mübarizə nümunəsi kimi göstərib. O, deyib ki, Respublika Prokurorluğunun Korrupsiya İdarəsi bu vaxta qədər 150 vəzifəli şəxs haqqında 66, prokurorluğun digər istintaq bölmələri isə iqtisadi cinayətlərlə bağlı 451 nəfər haqqında 258 cinayət işi açıb.


Bununla yanaşı Baş prokuror xarici ölkə banklarına yatırılan çirkli pulların ölkəyə qaytarılmasıyla bağlı çətinliklərin mövcud olduğunu etiraf edib.


Beynəlxalq Şəffaflıq təşkilatının sədri Huquette Labelle deyib ki, korrupsiyaya qarşı mübarizə aparan qurumlar müstəqil və kifayət qədər səlahiyyətli olmalıdır.


Tədbir iyunun 2-nə kimi davam edəcək.


Günün bütün mövzuları

XS
SM
MD
LG