Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:59

«Dağlıq Qarabağda işləyən xarici şirkətlərin sayı artır»


Əli Məsimli deyir ki, Qarabağda xarici şirkətlərin fəaliyyətinə parlament reaksiya verməlidir
Əli Məsimli deyir ki, Qarabağda xarici şirkətlərin fəaliyyətinə parlament reaksiya verməlidir

Azərbaycanın razılığı olmadan Dağlıq Qarabağda işləyən şirkətlərin sayı artıq 20-yə çatır. Bunu Milli Məclisin deputatı Əli Məsimli parlamentin mayın 31-də keçirilən iclasında bildirib.


O, hesab edir ki, bu məsələ ilə bağlı beynəlxalq məhkəmələrə müraciət etmək üçün artıq yetərincə faktlar var parlament bu məsələyə reaksiya verməlidir.


Xarici İşlər Nazirliyinin rəsmisi Xəzər İbrahim isə «Azadlıq» radiosuna bildirib ki, Azərbaycanın işğal olunmuş ərazilərində iş aparan xarici şirkətlərin sayını konkret demək mümkün deyil. «Çünki, oraya yeni şirkətlər gəldiyi kimi fəaliyyətini dayandırıb gedənlər də var. Ancaq nazirlik daim bu məlumatları toplayır və həmin şirkətlərin özlərinə, eləcə də qeydiyyatda olduqları ölkələrin rəsmi orqanlarına müraciət olunur».


Xəzər İbrahimin sözlərinə görə bu yaxınlarda Çin şirkətlərindən biri Azərbaycan ərazisində qeyri-qanuni işlədiyi barədə məlumatlandırılandan sonra oranı tərk edib.


Müraciətə məhəl qoymayan şirkətlərin isə gələcəkdə Azərbaycanda iş aparmasına hüquqi əngəllər olacaq.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG