Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:50

Gürcü biznesmenin qətlində şübhəli bilinən şəxslər həbs olunub


Gürcüstanın Daxili İşlər Nazirliyi parlamentin müxalifətdən olan keçmiş deputatı, tanınmış biznesmen və mesenat Zviad Tsetsxladzenin qətlinin açıldığını bildirib.

Tsetsxladzenin meyiti işgəncə izləri ilə mayın 29-da Tbilisinin mərkəzindəki ofisində tapılıb.


Qətl ittihamı ilə bir neçə gənc, o cümlədən, iki qız saxlanıb. Cinayətin motivini DİN soyğunçuluq cəhdi sayır. Zviad Tsetsxladze yaxınlarda ona məxsus mehmanxananı satıb və cinayətdə ittiham olunanların gümanlarına görə, ofisdə 4 milyon dollar saxlanmalıydı.


Biznesmenin ofisini nişan verən qızlardan biri elə Zviad Tsetsxladzenin doğulduğu Ozurqeti şəhərinin sakinidir. Tsetsxladze ona pulla yardım edib, ancaq növbəti dəfə rədd cavabı alanda, qız sahibkardan qisas almaq qərarına gəlib.


XS
SM
MD
LG