Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 17:45

«Hesab etmirəm ki, mən jurnalistlərlə bağlı məhkəmə qarşısında ən çox iddia qaldıran nazirəm»


Bu fikirləri Daxili İşlər naziri Ramil Usubov bildirib.


ATƏT-in söz azadlığı üzrə nümayəndəsi Mikloş Haraşti Ramil Usubovu jurnalistlərə qarşı ən çox iddia qaldıran nazir adlandırıb.


Cənab Usubovsa bunu qeyri-dəqiq məlumat hesab edir. «Düzünü deyim ki, saymamışam kim daha çox jurnalistlərdən şikayət edib. Hesab etmirəm ki, mən jurnalistlərlə bağlı məhkəmə qarşısında ən çox iddia qaldıran nazirəm».


Daxili İşlər naziri «Gündəlik Azərbaycan» qəzetinin şöbə redaktoru Üzeyir Cəfərovun istintaqı ilə bağlı da danışıb. Nazir jurnalistin onu vuranları tanıması məsələsinə istintaqın hüquqi qiymət verəcəyini deyib. «Həmin adamın cinayəti sübut olunacaqsa, vəzifəsindən asılı olmayaraq cavab verməli, məsuliyyət daşımalıdır».


Günün bütün mövzuları

XS
SM
MD
LG