Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:22

«İnanmıram ki, bizim hüquq mühafizə orqanları belə ağılsız hərəkət etsinlər»


Ramiz Mehdiyev Fərhad Əliyevin dediklərinə şübhə ilə yanaşır

Ramiz Mehdiyev Fərhad Əliyevin dediklərinə şübhə ilə yanaşır

Azərbaycan Prezidentinin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev istintaq prosesi zamanı sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyevdən 100 milyon dollar rüşvət istənilməsi ilə bağlı sualı cavablandırırkən belə deyib. Məhkəməyə verdiyi ifadəsində sabiq nazir ibtidai istintaq zamanı onun azadlığa buraxılması müqabilində 100 milyon dollar istənilməsi barədə bildirib.


Ramiz Mehdiyevsə buna şübhə ilə yanaşdığını deyir. «Digər tərəfdən inanmıram ki, bizim hüquq mühafizə orqanlarında belə bir ağılsız hərəkət etsinlər»


Baş prokuror Zakir Qaralov isə ümumiyyətlə Fərhad Əliyevin dediklərini şərh etmək niyyətində olmadığın bildirib. «Fərhad Əliyevin ittiham olunduğu cinayətlər barədə ictimaiyyətə əraflı məlumatlar vermişik. Bundan artıq hər hansı açıqlama məhkəməyə mənfi təsir göstərə bilər». Baş prokuror Fərhad Əliyevin vəkillərinin məhkəmədən kənar çıxışlarını qeyri-qanuni adlandırıb: «Bütün məsələlər məhkəmə istintaqı zamanı araşdırılmalıdır».


İş üzrə təqsirləndirilən Əliyev qardaşlarından başqa İqtisadi İnkişaf Nazirliyinin keçmiş əməkdaşlarından ibarət olan 17 nəfərə Cinayət Məcəlləsinin mənimsəmə və ya israf etmə, qanunsuz sahibkarlıq, qaçaqmalçılıq, vergi ödəməkdən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma, vəzifə saxtakarlığı maddələri ilə ittiham elan olunub.


Günün bütün mövzuları

XS
SM
MD
LG