Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:28

«Eynulla Fətullayevin işində terrorçuluqla hədələmə faktları mövcuddur»


Baş prokuror deyir ki, istintaqın gedişi barədə MTN tərəfindən bu yaxınlarda ətraflı açıqlama veriləcək
Baş prokuror deyir ki, istintaqın gedişi barədə MTN tərəfindən bu yaxınlarda ətraflı açıqlama veriləcək

«Eynulla Fətullayevin təsis etdiyi «Realnı Azerbaydjan» saytında həqiqətən də terrorçuluqla hədələmə faktları mövcuddur. Saytda guya İran İslam Respublikası tərəfindən bombalanacaq Azərbaycanın müəyyən dövlət obyektləri və konkret ünvanlar göstərilib. Həmin məlumatlar terrorçuluqla hədələmə məlumatlarıdır». Respublikanın Baş prokuroru Zakir Qaralov Eynulla Fətullayev haqda Milli Təhlükəsizlik Nazirliyinin cinayət işi başlamasına aydınlıq gətirərkən belə deyib.


«Bununla bağlı Milli Təhlükəsizlik Nazirliyi tərəfindən 214-cü maddənin 1-ci hissəsi ilə cinayət işi qaldırılıb və istintaq aparılır».


Baş prokuror deyir ki, istintaqın gedişi barədə MTN tərəfindən bu yaxınlarda ətraflı açıqlama veriləcək.


MTN-in İstintaq Baş İdarəsi tərəfindən Eynulla Fətullayevə qarşı Cinayət Məcəlləsinin 214-cü maddəsi ilə terrorçuluqla hədələmə faktı üzrə cinayət işi başlanıb. Fətullayev Bayıldan MTN-in istintaq təcridxanasına köçürülüb.


O, aprelin 20-də böhtan atmada təqsirli bilinərək iki il altı ay azadlıqdan məhrum edilib.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG