Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:41

«Azadlıq» radiosunun İraq xidmətinin əməkdaşı öldürülüb


Mayın 30-da İraqın Amara şəhərində «Azadlıq» radiosunun İraq xidmətinin əməkdaşı Nazar Abd əl-Vahid qətlə yetirilib.


O, həmkarlarıyla birlikdə mətbuat konfransından sonra yerli oteldən çıxırmış, ötüb keçən avtomobildən jurnalistlərə atəş açılıb.


Tanınmış jurnalist əl-Vahidin 38 yaşı vardı. O, «Azadlıq» radiosundan başqa daha bir neçə nəşr və informasiya agentliyi üçün İraqdan məlumat hazırlayırdı. Üç uşaq atası idi.


Apreldə yaraqlılar «Azadlıq» radiosu ilə əməkdaşlıq edən daha bir jurnalist - Xamail Xələfi oğurlayıb, qətlə yetirmişdilər.


Günün bütün mövzuları

XS
SM
MD
LG