Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:19

Orta məktəblərdəki qeyri-rəsmi ödənişlər rəsmiləşdirilsin!


«Orta məktəblərdə qeyri-rəsmi ödənişlər» mövzusunda ictimai debat, Bakı, 27 may 2007
«Orta məktəblərdə qeyri-rəsmi ödənişlər» mövzusunda ictimai debat, Bakı, 27 may 2007
«Nur» Vətəndaş Təhsili Mərkəzinin üzvü İradə Əliyeva hesab edir ki, şagirdlərdən pul yığılmalıdır. Daha doğrusu, valideynlər övladlarının oxuduğu məktəblərə ödənişlər etməlidirlər. Amma bütün yığımlar rəsmiləşdirilməlidir. Valideyn də, şagird də verilən pulun hara və necə xərcləndiyindən xəbərdar olmalıdır.

Açıq Cəmiyyət İnstitutunun Budapeşt Ofisinin məsləhətçisi İndra Dedzi isə deyir ki, keçmiş sovet respublikalarının demək olar ki, hamısının təhsil sistemində belə problemlər var. Xanım Dedzinin sözlərinə görə, şagirdlərdən pul alınmasıyla bağlı Latviyada da xeyli problem olub. Sonda bu ölkənin Təhsil naziri məktəblərə qeyri–rəsmi ödənişləri qadağan edib. Məktəblərə könüllü yardım etmək istəyən valideynlər isə vergiləri məktəblərin hesablarına ödəməyə başlayıblar.


XS
SM
MD
LG