Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 23:55

Azərbaycan Gürcüstana qaz ixracını bərpa edib


Gürcüstana qaz ixracının bərpası bu xammalın «artıqlığı» sayəsində mümkün olub

Gürcüstana qaz ixracının bərpası bu xammalın «artıqlığı» sayəsində mümkün olub

«Azəriqaz» Qapalı Səhmdar Cəmiyyəti (QSC) Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən hasil edilən qazın Gürcüstana ixracına başlayıb. «Turan»ın məlumatına görə, bu barədə mayın 30-da «Azəriqaz» QSC-nin rəhbəri Əlixan Məlikov «Xəzər» İnteqrasiya Klubunun üzvləri ilə görüşdə bildirib.


Qaz Gürcüstana bir ay ərzində 40-45 mln. kub metr həcmində 1000 kubmetri 120 dollara olmaqla çatdırılacaq.


2007-ci il yanvarın 1-dən martın 31-dək Azərbaycan Gürcüstana eyni qiymətə 106 mln. kubmetr qaz ixrac edib.


Cənab Məlikovun bildirdiyinə görə, Gürcüstana qaz ixracının bərpası bu xammalın «artıqlığı» sayəsində mümkün olub. Hazırda «Azəriqaz»a hər ay 25 mln. kubmetrə yaxın qaz, o cümlədən 7 mln. kubmetr «Azəri, Çıraq, Günəşli», 5 mln. kubmetr isə «Şahdəniz» yataqlarından daxil olur.


May ayında «Azəriqaz»ın anbarına 170 mln. kubmetr qaz vurulub. Yeraltı qaz anbarlarında keçən ildən daha 350 mln. kubmetr qaz ehtiyatı qalıb.


Gələcəkdə Gürcüstana qaz ixracının mümkünlüyünə gəldikdə isə, Məlikov deyib ki, müqavilə hələlik 30 gün müddətinə imzalanıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG