Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:41

Daxili İşlər naziri infarktla xəstəxanaya yerləşdirilib


Ukraynanın Daxili İşlər naziri Vasili Tsuşko infarktla xəstəxanaya yerləşdirilib. Məlumatı Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti yayıb. Buna qədər Tsuşkonun planlı surətdə tibbi müayinədən keçdiyi bildirilirdi.


Nazirin səlahiyyətlərini müvəqqəti Mixail Korniyenko icra edəcək.


Ötən həftə Baş Prokurorluq binasında xüsusi təyinatlı milislərlə Dövlət Mühafizəsi İdarəsi əməkdaşları arasında toqquşmalardan sonra Tsuşkoya qarşı vəzifə səlahiyyətlərini aşma maddəsi ilə cinayət işi qaldırılıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG