Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:34

Korrupsiyaya qarşı təkbaşına mübarizə…


Rəhim Musa aclıq etdiyi müddətdə qohum-qonşudan başqa heç kəs ona baş çəkməyib
Rəhim Musa aclıq etdiyi müddətdə qohum-qonşudan başqa heç kəs ona baş çəkməyib
İmişli rayon sakini Rəhim Musa korrupsiyaya qarşı təkbaşına mübarizə aparmağa qərar verib. O, rayonun Cəfər Cabbarlı küçəsində, öz evinin damında 11 gün aclıq aksiyası keçirib. Mayın 21-də isə səhhətindəki problemlərlə bağlı aksiyanı müvəqqəti dayandırıb.

Rəhim Musa deyir ki, aclıq etmək üçün Rayon İcra Hakimiyyətindən yer istəyib, ancaq onun bu istəyi təmin olunmayıb. Nəticədə aksiyanı ikimərtəbəli şəxsi evinin damında keçirməyə qərar verib. O, evin damında rayondakı rüşvətə, korrupsiyaya qarşı bir sıra şuarlar da asıb.


Rəhim Musa deyir ki, aclıq etdiyi müddətdə qohum-qonşudan başqa heç kəs ona baş çəkməyib. Aksiyanın davam etdiyi müddətdə isə polislər evi ciddi nəzarətdə saxlayıblar. O, təhsildəki rüşvətxorluğa etiraz olaraq təxminən altı aydır ki, uşaqlarını da məktəbə buraxmır.


İmişli Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Səfa Ağayev isə Rəhim Musanın tələblərini əsassız sayır. Deyir ki, aksiyaçı son vaxtlar İmişlidə vəzifəsindən uzaqlaşdırılan bəzi məktəb direktorlarını müdafiə edir.


XS
SM
MD
LG