Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:31

120 mindən çox şagird buraxılış imtahanı verəcək


Ənənəvi qaydada imtahanların keçirildiyi orta məktəblərdə isə şagirdlər 7 fəndən imtahan verəcəklər
Ənənəvi qaydada imtahanların keçirildiyi orta məktəblərdə isə şagirdlər 7 fəndən imtahan verəcəklər

İyunun 5-6 orta ümumtəhsil məktəblərində buraxılış imtahanları keçiriləcək. Bakı, Sumqayıt və İmişlidəki bir neçə orta ümumtəhsil məktəblərində iyunun 5-ə təyin edilmiş imtahan yeni qaydada, ölkə üzrə bütün orta ümumtəhsil məktəblərində isə imtahanlar ənənəvi qaydada olacaq.


Bu barədə «Azadlıq» radiosuna Təhsil Nazirliyi Mətbuat Xidmətinin rəhbəri Bayram Hüseynzadə məlumat verib. Onun sözlərinə görə, ilk dəfə olaraq Bakının Səbail, Xətai rayonlarında, Təhsil Nazirliyinin tabeliyində olan litseylərdə, bundan başqa Sumqayıt və İmişlidəki orta məktəblərdə imtahanlar mərkəzləşdirilmiş formada yeni qaydalar əsasında aparılacaq. Təxminən 13 mindən artıq şagirdin iştirak edəcəyi imtahanlarda 8 fəndən 125 suala təqdim ediləcək. Cavablar isə iki gün sonra bəlli olacaq. Ümumi imtahan balı 625-dir, hər sualın cavabı isə 5 bal qiymətləndirilir. Toplanan ballar müəyyənləşdirilmiş şkala üzrə hesablanacaq və attestat qiyməti kimi yazılacaq.


Bayram Hüseynzadənin sözlərinə görə, ənənəvi qaydada imtahanların keçirildiyi orta məktəblərdə isə şagirdlər 7 fəndən imtahan verəcək. Bayram Hüseynzadə deyir ki, bu il Azərbaycanın orta ümumtəhsil məktəblərinin 120 min 81 şagird bitirəcək. Məktəbi bitirənlər son zəng mərasimi isə mayın 31-də qeyd edəcəklər.


2006-cı ildə də 120 minə yaxın şagird orta məktəbi bitirib.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG