Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:14

Hər il siqaret çəkmədən beş milyon insan vəfat edir


«Belə getsə, 2020-ci ilə qədər hər il təxminən 10 milyon adam siqaret çəkmədən vəfat edəcək»

«Belə getsə, 2020-ci ilə qədər hər il təxminən 10 milyon adam siqaret çəkmədən vəfat edəcək»

Bütün dünya üzrə hər on ölümdən biri tütün məmulatlarından istifadə edilməsi nəticəsində baş verir. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı bəyanatda qeyd olunub. Sənəddə göstərilib ki, hər il təxminən beş milyon insan siqaret çəkmədən dünyasını dəyişir.


«Belə siqaret çəkmə tendensiyası davam edərsə, 2020-ci ilə qədər hər il təxminən 10 milyon ölüm faktı qeydə alınacaq. İndi siqaret çəkən insanların yarısı-təxminən 650 milyonu siqaret çəkdiyinə görə öləcək»-deyə sənəddə qeyd olunub.


Ümumdünya Siqaret Çəkməyə Qarşı Mübarizə Günü 1987-ci ildə ÜST-ə üzv ölkələr tərəfindən təsis edilib. Ümumdünya Siqaret Çəkməyə Qarşı Mübarizə Günü hər il 31 may tarixində qeyd edilir. Bu gün siqaret çəkmənin təhlükələri, tütün məmulatları istehsalçılarının biznes praktikası, «tütün» epidemiyasına qarşı ÜST-ün fəaliyyəti və bütün dünya əhalisinin öz sağlamlığını və sağlam həyat sürmək hüququnu qorumaq üçün nə edə biləcəyi haqqında maarifləndirmə aparılır.


«Trend» xəbər verir ki, ÜST-ün Azərbaycanda ölkə üzrə Ofisi Ümumdünya Siqaret Çəkməyə Qarşı Mübarizə Gününə dair maarifləndirmə materialları hazırlayıb çap edib. Materiallar siqaretə qarşı kampaniya çərçivəsində paylanacaq.


Günün bütün mövzuları

XS
SM
MD
LG