Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:54

Fərhad Əliyev məhkəmə tərkibinə etiraz edib


Əliyev qardaşlarının budəfəki məhkəməsini bir çox jurnalistlər izləyə bilib

Əliyev qardaşlarının budəfəki məhkəməsini bir çox jurnalistlər izləyə bilib

Mayın 30-da keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyev və onun qardaşı «Azpetrol» şirkətinin keçmiş prezidenti Rafiq Əliyevin məhkəmə prosesi davam edib. Proses Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə gedir.


Təqsirləndirilən şəxslər məhkəmə tərkibinə etiraz ediblər. Onlar bildiriblər ki, hazırlıq iclasında vəkillərin heç bir vəsatəti təmin edilməyib. Rafiq Əliyevin vəkili Fuad Ağayev iş materialları ilə tanış olmaq üçün kifayət qədər vaxt verilmədiyini bildirib: «Hətta iş materialları ilə tanış olmaq üçün Hacı Məmmədova şərait yaradılmışdı, amma bizə imkan verilmədi».


Məhkəmə heyəti qaldırılmış vəsatətlərlə bağlı müşavirəyə gedib. Prosesin saat 14.00-da davam edəcəyi gözlənilir.


Bundan əvvəlki məhkəmə iclaslarına əksər jurnalistlər buraxılmamışdı. Hakim Tofiq Paşayev məhkəmə zalına əlavə stullar gətirildiyini və prosesi 22 jurnalistin, o cümlədən, ATƏT və digər beynəlxalq təşkilatların təmsilçilərinin izlədiyini bildirib. Buna baxmayaraq, yenə də bir çox KİV nümayəndələri zala daxil ola bilməyib.


İş üzrə təqsirləndirilən Əliyev qardaşlarından başqa İqtisadi İnkişaf Nazirliyinin keçmiş əməkdaşlarından ibarət olan 17 nəfərə Cinayət Məcəlləsinin mənimsəmə və ya israf etmə, qanunsuz sahibkarlıq, qaçaqmalçılıq, vergi ödəməkdən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma, vəzifə saxtakarlığı maddələri ilə ittiham elan olunub.


Günün bütün mövzuları

XS
SM
MD
LG