Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:44

Yaxın iki həftədə «Şahdəniz»in üçüncü quyusu da işə düşəcək


Yaxın iki həftədə «Şahdəniz» qaz yatağının üçüncü quyusu da istismara veriləcək. Bunu «bp-Azərbaycan» şirkətinin prezidenti Bill Şreyder mayın 29-da keçirdiyi mətbuat konfransında bildirib. Cənab Şreyder bu il yataqdan hasil olunan neftin Türkiyə, Azərbaycan və Gürcüstan arasında pay bölgüsünün necə aparılacağı barədə heç nə deməyib. O, bu suala STATOYL şirkətinin və Azərbaycanda qaz satışı ilə məşğul olan qurumun cavab verə biləcəyini bildirib.


Mətbuat konfransında o da bəlli olub ki, bu il şirkət Azərbaycan dövlətinə neftdən və başqa gəlirlər də daxil olmaqla 3,5 milyard dollar ödəməyi planlaşdırır.


Günün bütün mövzuları

XS
SM
MD
LG