Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 14:51

İstinin öhdəsindən necə gəlməli?


Təkcə ötən həftəsonu Moskvanın hovuzlarında dörd nəfər batıb

Təkcə ötən həftəsonu Moskvanın hovuzlarında dörd nəfər batıb

Meteoroloji müşahidələrin 130 illik tarixi ərzində hətta Moskvada may istisinin yeni rekordu müəyyən edilib: Mayın 28-də Rusiya paytaxtında havanın hərarəti 33 dərəcə olub. Buna qədər ən yüksək hərarət (32 dərəcə) 1995-ci ildə qeydə alınmışdı. Meteoroloqlar gələn aylar üçün də isti vəd edirlər.


Rusiya Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətinin məlumatına əsasən, bu cür hava artıq xilasedicilərə çoxlu başağrısı gətirib. Çaylarda su hələ isinməsə də, təkcə ötən həftəsonu paytaxtın hovuzlarında dörd nəfər batıb, daha 31 nəfəri xilas etmək mümkün olub. Bu cür uğursuz üzgüçülüyə əksər hallarda alkoqol səbəb olur.


Bəs isti havadan necə qorunmaq olar? Rusiyanın Bakulev adına Ürək-Damar Cərrahlığı Mərkəzinin kardioloqu Simon Matskeplişvili bunun yolları barədə «Azadlıq» radiosuna danışıb:


«İlk növbədə sərin yerlərdə olmalı, gün altında gəzməməli. Əlbəttə, fiziki aktivliyi məhdudlaşdırmaq lazımdır. Havanın temperaturu yüksək olsa da, yelçəkəndə oturmamalı, çünki belədə ağciyərlərin iltihabı təhlükəsi artır. Həddən artıq maye içmək olmaz, həmçinin yağlı yemək və ətdən də az istifadə etmək lazımdır. Yatmamışdan əvvəl heç nə yeməməli, tez-tez duş qəbul etməli ki, dəri daha rahat nəfəs ala bilsin».


İstidən sərinləşdirici içkilər satan satıcılar daha çox faydalanırlar. Amma Simon Matskeplişvili dadlı qazlı sular içməməyi tövsiyə edir:


«İstidə maye mübadiləsi pozulur, çünki insanların çoxu tərləyir, maye ilə birlikdə onlar mikroelementlər – müxtəlif duzlar, vitaminlər itirə bilərlər. Bundan susuzluq yarananda, adətən su içirik, amma mikroelementlərin, vitaminlərin yerini doldurmuruq. Ona görə də, orqanizmdə bu maddələrin mübadiləsi pozulur. Bu isə daha çox uşaqlar üçün təhlükəlidir. Daha çox maye içmək lazımdır, amma adi maye, yəni su, mineral və şairə yox. Yaxşı olar ki, bu, məsələn, yaşıl çay, ya da müxtəlif duz və minerallardan ibarət xüsusi məhlullar olsun, onları apteklərdən əldə etmək olar».


İsti hava xüsusən yaşlı insanlara və ürək-damar xəstəliklərindən əziyyət çəkənlərə problemlər yaradır. Kardioloq Matskeplişvili deyir ki, zərərçəkənə ilkin yatdım etmək çətin deyil:


«Daha sərin yer tapmaq, paltarın yaxasını açmaq, ona təmiz hava axını vermək, alnına sərin suyla isladılmış əski və ya hansısa parça qoymaq, ovmaq, dəridən istini buraxmaq və içmək üçün su vermək lazımdır. Təbii ki, əgər bu, ahıl və ya uşaqdırsa, həkim çağırmaq lazımdır».


Günün bütün mövzuları

XS
SM
MD
LG