Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 21:01

«Xəqani-33»də təmir başlayıb


Təhsil Nazirliyi Xəqani 33 saylı ünvanda təmir işlərinə başlayıb. Bu barədə «Turan»a adı çəkilən binanın mühafizəsi ilə məşğul olan polis əməkdaşı bildirib. Əlavə suallardan yayınan polis əməkdaşı təmir işləri ilə bağlı Bakı şəhər Müəllimləri Təkmilləşdirmə İnstitutuna müraciət etməyi xahiş edib.


İnstitutdan isə rəhbərliyin olmadığı üçün məsələ ilə bağlı sabah əlaqə saxlamağı bildiriblər.


24 noyabr 2006-cı ildə məhkəmənin qərarı ilə Turan İnformasiya Agentliyi, «Azadlıq» qəzeti, AXCP, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu, Demokratiyanın İnkişaf Fondu və Yeni Nəsil Jurnalistlər birliyi Xəqani 33 saylı ünvandan zorla çıxarılıblar. Hazırda tərəflər arasında məhkəmə çəkişməsi davam edir.


Günün bütün mövzuları

XS
SM
MD
LG