Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:23

«bp-Azərbaycan» şirkətinin prezidenti dövlət rəsmilərinə rüşvət verilməsini «fantaziya» adlandırır


«BP siyasi təşkilat deyil. BP-nin daxili nizamnaməsinə görə, rüşvət vermək, kimisə əyləndirmək mümkün deyil».


«bp-Azərbaycan» şirkətinin prezidenti Bil Şreyder Böyük Britaniyada çap olunan «Mail On Sunday» qəzetində şirkətin sabiq əməkdaşı Les Abrahamsın fikirlərinə münasibət bildirərkən belə deyib.


Cənab Şreyder sözügedən məqalədə Azərbaycan Dövlət Neft Şirkətinin məmurlarına rüşvət verilməsi ilə bağlı yazılanları «fantaziya» adlandırır.


«Sözsüz ki, BP Azərbaycan hökuməti ilə yaxından işləyir. Azərbaycan dövlətinə pul verilib, amma bu hasilatın pay bölgüsü əsasında nəzərdə tutulmuş bonuslardır, o haqda da ictimaiyyətə açıqlama verilib. Bizim şirkətin daxili siyasəti və prinsipləri var. Həmin prinsiplərə görə, rüşvət vermək, kimisə əyləndirmək mümkün deyil və biz hər qəpiyin hesabatını aparırıq».


Günün bütün mövzuları

XS
SM
MD
LG