Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:03

Eynulla Fətullayev MTN-in İstintaq Təcridxanasına köçürülüb


Aprelin 20-də böhtana görə iki il yarım müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş «Realnıy Azərbaycan» və «Gündəlik Azərbaycan» qəzetlərinin baş redaktoru Eynulla Fətullayev Bayıl İstintaq Təcridxanasından Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasına köçürülüb.


Redaktorun vəkili İsaxan Aşurovun «Turan»a bildirdiyinə görə, müstəntiqin müdafiəçiyə xəbər verməli olmasına baxmayaraq, ona bu barədə məlumat verilməyib.


Bundan əlavə, bu vaxta kimi vəkil müdafiə etdiyi şəxsin təqsirləndirildiyi ittiham haqqında məlumatlandırılmayıb.


Mayın 16-da MTN CM-nin 214-cü maddəsi ilə (terror) cinayət işi açıb. İki gün sonra Eynulla Fətullayevin mənzilində və iş otağında axtarış aparılıb. Lakin bu günə qədər Fətullayevin «terror» fəaliyyətinin nədən ibarət olduğu və onun konkret nədə ittiham edildiyi aydın deyil.


XS
SM
MD
LG