Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:57

Xaricdə sığınacaq almaq istəyən Azərbaycan jurnalistlərinin sayı artıb


«Gündəlik Azərbaycan» və «Realnıy Azerbaydjan» qəzetlərinin xarici ölkə səfirliklərindən siyasi sığınacaq almaq istəyən əməkdaşlarının sayı artıb. Qəzetin şöbə müdiri Üzeyir Cəfərovun «Azadlıq» radiosuna verdiyi məlumata görə, yazıçı Həmid Herisçi və onun xanımı, jurnalist İlhamiyyə Rzayeva da ölkəni tərk etmək istəyirlər. Üzeyir Cəfərov deyir ki, onların sırasına «Azadlıq» qəzetinin 5 əməkdaşı da qoşulub.


«Gündəlik Azərbaycan»ın kollektivi mayın 29-da ABŞ-ın Azərbaycandakı səfirliyinin və ATƏT-in Bakı ofisinin əməkdaşlarıyla görüşüblər. Mayın 30-da onların Fransanın, Almaniyanın və Böyük Britaniyanın Azərbaycandakı səfirlikləriylə də görüşləri gözlənir.


«Gündəlik Azərbaycan» və «Realnıy Azerbaydjan» qəzetləri bağlandıqdan və təsisçinin həbsindən sonra bu mətbuat orqanlarında çalışan 16 jurnalist xaricdə sığınacaq almaq üçün bir sıra səfirliklərə müraciət edib.


Günün bütün mövzuları

XS
SM
MD
LG