Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:07

«Azərbaycan jurnalistləri hakimiyyət qarşısında geri çəkilməyə yaxın deyillər»


«Sərhədsiz Reportyorlar» Təşkilatının Avropa və keçmiş sovet ölkələri üzrə nümayəndəsi Elza Vidal

«Sərhədsiz Reportyorlar» Təşkilatının Avropa və keçmiş sovet ölkələri üzrə nümayəndəsi Elza Vidal

«Sərhədsiz Reportyorlar» Təşkilatının Avropa və keçmiş sovet ölkələri üzrə nümayəndəsi Elza Vidal bir qrup Azərbaycan jurnalistinin xaricdə sığınacaq almaq üçün etdikləri müraciətə münasibətini bildirib.


«Azərbaycan jurnalistlərinin bu təşəbbüsü başqa ölkələr üçün səciyyəvi deyil, özünəməxsus cəhətdir.


Biz buna uzun müddətdir Azərbaycanda mətbuat azadlığı ilə bağlı mövcud olan problemlərə beynəlxalq ictimaiyyətin daha çox diqqətini cəlb etmək cəhdi kimi baxırıq».


Cənab Vidal jurnalistlərin addımını «uğurlu gediş» adlandırıb. «Məncə bu uğurlu gedişdi. Onlar prezident İlham Əliyevin müxalif mətbuata təzyiqi dayandırmadığı bir vaxtda beynəlxalq ictimaiyyətdən Azərbaycana münasibətdə aydın mövqe istəyirlər».


Təşkilat rəsmisi deyir ki, «bəzən beynəlxalq ictimaiyyət diplomatik gedişlərə çox vaxt sərf edir. Diplomatiyanın vaxt anlayışı isə bəzən xəbər vaxtından xeyli fərqlənir.


Jurnalistlərin bu təşəbbüsü onun təsdiqidir ki, Azərbaycan jurnalistləri hakimiyyət qarşısında geri çəkilməyə yaxın deyillər. Amma bu həm də onu göstərir ki, beynəlxalq ictimaiyyətdən gələn təzyiqlər çox şeyi dəyişmədiyi üçün onlarda bəlkə də bir ümidsizlik hissi yaranıb».


«Gündəlik Azərbaycan» və «Realnıy Azerbaydjan» qəzetləri bağlandıqdan və təsisçinin həbsindən sonra bu mətbuat orqanlarında çalışan 16 jurnalist xaricdə sığınacaq almaq üçün bir sıra səfirliklərə müraciət edib.


Günün bütün mövzuları

XS
SM
MD
LG