Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 23:55

Beynəlxalq Jurnalistlər Federasiyasının nümayəndələri Azərbaycana gələcək


Federasiya hökuməti diffamasiya haqqında qanunu qəbul etməyə də çağırır
Federasiya hökuməti diffamasiya haqqında qanunu qəbul etməyə də çağırır

Beynəlxalq Jurnalistlər Federasiyası nümayəndə heyətinin Azərbaycan mediasında baş verənləri araşdırmaq və problemdən çıxış yollarını tapmaq üçün yaxın vaxtlarda Bakıya gələcəyi gözlənir. Bunu «Azadlıq» radiosuna Azərbaycan Jurnalistlərinin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli deyib.


Bu arada isə Beynəlxalq Jurnalistlər Federasiyası bir neçə Azərbaycan jurnalistinin, o cümlədən «Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin təsisçi və baş redaktoru Eynulla Fətullayevin və «Müxalifət» qəzetinin baş redaktorı Rövşən Kəbirlinin həbs olunmasını, bu nəşrlərdən ikisinin təzyiqlər nəticəsində fəaliyyətini dayandırmasını pisləyən bəyanat yayıb.


Federasiyanın baş katibi Aydan Uaytın adından yayılan sənəddə bildirilir ki, Azərbaycanda mediaya qarşı baş verən təzyiqlər, qısa müddət ərzində bir neçə jurnalistin həbsi ölkə hakimiyyətinin mətbuatdan qorxması təəssüratını yaradır. Federasiyanın baş katibi Azərbaycan hökumətini diffamasiya haqqında qanunu qəbul etməyə də çağırır.


«Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin təsisçi və baş redaktoru Eynulla Fətullayev və «Müxalifət» qəzetinin baş redaktorı Rövşən Kəbirli böhtan atmaqda təqsirli bilinərək iki il altı ay müddətinə həbs ediliblər.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG