Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:45

«Bakıdakı tikintilərin əksəriyyəti standartlara cavab vermir»


Ekspert tikintiyə büdcədən xeyli vəsait ayrılmasına baxmayaraq, keyfiyyətin aşağı olduğunu bildirir

Ekspert tikintiyə büdcədən xeyli vəsait ayrılmasına baxmayaraq, keyfiyyətin aşağı olduğunu bildirir

İndi təzə tikilmiş bina və körpülərin ya uçması, ya da hansısa bir hissəsinin qopması xəbərləriylə tez-tez rastlaşmaq olur.


Sonuncu xəbər Qazax rayonundakı İkinci Şıxlı kəndində Xram çayının üstündə tikilmiş 200 metrlik körpünün bir hissəsi çökməsi ilə bağlı oldu. Bu körpü də yeni istifadəyə verilib, açılış mərasimində də prezidentin iştirakı gözlənilir.


Tikinti sahəsində vəziyyət niyə belədir? Bununla bağlı «Azadlıq» radiosunun «Xəbər-Ətər» verilişində qonaq olan Bakı Baş Tikinti İdarəsinin sabiq rəisi, əməkdar inşaatçı Emil Axundov münasibətini bildirib.


Emil Axundov deyir ki, baş verənlərin səbəbi tikintinin texniki şərtlərə uyğun aparılmamasıdır: «Layihədən sonra tikinti işləri düz getsəydi, belə problemlər də olmazdı. Səbəb iş icraçılarının işə barmaqarası baxmalarıdır».


İnşaatçı deyir ki, Bakıdakı tikintilərin əksəriyyəti standartlara cavab vermir.


Builki büdcənin xərc hissəsi artırılanda məlum olub ki, bunun böyük bir hissəsi tikintiyə gedəcək. Emil Axundov bildirir ki, mütəxəssisləri narahat edən odur ki, bu qədər vəsait ayrılır, ancaq tikintilərin çoxu keyfiyyətsizdir.


O, bir neçə ay əvvəl əsaslı təmirdən çıxmış Filarmoniyanın binasında yenidən təmir aparılmasını, yeni təmir olunan yolların sökülməsini ağlasığmaz adlandırdı.


Günün bütün mövzuları

XS
SM
MD
LG