Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:09

Uşaqları sel apardı


Türkiyədə sel axınları nəticəsində uşaqlar tələf olub.


2-12 yaşlı altı uşaq ölkənin şərq əyalətlərində güclü sel axınlarının qurbanı olublar. Üç yeniyetmə isə itkin düşmüş sayılır.


Fəlakət rayonunda xilasedicilər işləyir, bura təcili tibbi yardım göndərilib.


Türk Qırmızı Xaç Komitəsinin rəhbəri Ömer Taşlı deyir ki, evdə tək qalan uşaqlar iki metr səviyyəsinə çatan seldən yaxa qurtara bilməyiblər və fəlakətin qurbanları olublar.


Şanlıurfa şəhəri rayonunda sel axınları bir neçə kəndi tamamilə dağıdıb. Yüzlərlə yerli sakin evsiz qalıb. Bir çoxları itkin düşmüş sayılır.


XS
SM
MD
LG