Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:20

Respublika Günü münasibətilə mitinq keçirilib


Novxanı kəndində Respublika Günü münasibətilə mitinq. 28 May 2007

Novxanı kəndində Respublika Günü münasibətilə mitinq. 28 May 2007

Mayın 28-də Müsavat Partiyasının fəalları, bir qrup millət vəkili, ziyalılar və elm adamlarının iştirakı ilə Bakının Novxanı kəndində-Məmməd Əmin Rəsulzadənin abidəsi önündə Respublika Günü münasibətilə mitinq keçirilib.


Mitinqdə çıxış edən deputat Pənah Hüseyn, tədqiqatçılar Nəsiman Yaqublu, Teyyub Qəni və digərləri Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən danışdılar. Məmməd Əmin Rəsulzadə başda olmaqla cümhuriyyət xadimlərinə qarşı indiki hakimiyyətin qərəzli mövqe tutduğu, onların xatirəsinin əbədiləşdirilməsi ilə bağlı lazımi addımların atılmadığı vurğulanıb.


Müsavat başqanı İsa Qəmbər dedi ki, kimin necə münasibət bəsləməsindən asılı olmayaraq Azərbaycan tarixini yaratmış insanları xalqa unutdurmaq mümkün olmayacaq.


Mitinq iştirakçıları Məmməd Əmin Rəsulzadənin Novxanı qəbiristanlığındakı qohumlarının məzarlarını ziyarət ediblər.


Daha sonra tədbir iştirakçıları Fəxri xiyabanda sabiq prezident Əbülfəz Elçibəyin məzarını da ziyarət ediblər.


Günün bütün mövzuları

XS
SM
MD
LG