Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:39

ADP siyasi kursunu rəsmiləşdirdi


Sərdar Cəlaloğlu: «Demokrat Partiyası rəsmən öz siyasi kursunu bu gün dəyişdi»

Sərdar Cəlaloğlu: «Demokrat Partiyası rəsmən öz siyasi kursunu bu gün dəyişdi»

Demokrat Partiyasına növbəti beş ildə Sərdar Cəlaloğlu sədrlik edəcək. Yeni sədr ADP-nin mayın 27-də keçirilən qurultayında seçilib.


Qurultayda həmçinin sədrin səlahiyyət müddəti iki ildən beş ilədək uzadılıb, bəzi səlahiyyətləri isə məhdudlaşdırılıb.


Bundan başqa, partiya bu ilin əvvəlindən seçdiyi yeni siyasi xətti rəsmiləşdirib və bununla bağlı nizamnaməyə dəyişiklik edib.


ADP sədri Sərdar Cəlaloğlu: «Siyasi kursun dəyişdirilməsi ilə bağlı qərar qəbul etdik. Siyasi dialoq yolunu seçdik. Demokrat Partiyası rəsmən öz siyasi kursunu bu gün dəyişdi».


Qurultayda çıxış edən Müsavat Partiyası icra aparatının rəhbəri Arif Hacılı və deputat Pənah Hüseyn ADP-ni iqtidarla dialoq fikrindən imtina etməyə çağırsalar da, demokratlar bunun əleyhinə çıxıblar.


Bu il yanvarın 27-də Demokrat Partiyası Ali Məclisi siyasi yönümünü dəyişdiyini və iqtidarla dialoqa gedəcəyini bəyan edib.


Bu qərardan sonra partiya iki yerə parçalanıb. Partiyanın o vaxtkı sədri Rəsul Quliyev və tərəfdarları Açıq Cəmiyyət Partiyasını yaradıblar.


Günün bütün mövzuları

XS
SM
MD
LG