Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:34

Qaz kəmərində partlayış olub


Şahidlərin dediyinə görə, alovun hündürlüyü təxminən 50 metrə çatıb

Şahidlərin dediyinə görə, alovun hündürlüyü təxminən 50 metrə çatıb

Mayın 26-da saat 20:00 radələrində Qaradağ rayonundan keçən magistral qaz kəmərində partlayış olub.

Bakı yaxınlığında - Sahil qəsəbəsində baş verən bu partlayışın səbəbləri hələ bəlli deyil.


«Azəriqaz» Qapalı Səhmdar Cəmiyyətindən «Azadlıq» radiosuna deyiblər ki, xəsarət alan yoxdur.



Yanğın söndürülüb. İlkin versiyalara görə, partlayışa səbəb ərazidə aparılan qazıntı işləri və ya qaz sızması ola bilər. «Azəriqaz» hələlik terror versiyasının o qədər də ağlabatan olmadığını deyir.



Şahidlərin dediyinə görə, partlayışdan sonra alovun hündürlüyü təxminən 50 metrə çatıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG