Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:58

Daha bir jurnalist siyasi sığınacaq istəyir


Sərdar Əlibəyli mayın 28-də Rusiya səfirliyinə dəvət olunub
Sərdar Əlibəyli mayın 28-də Rusiya səfirliyinə dəvət olunub

«Nota-bene» qəzetinin baş redaktoru Sərdar Əlibəyli Rusiyanın Azərbaycandakı səfirliyindən siyasi sığınacaq istəyib. O, məhz Rusiyadan sığınacaq istəməsini uzun müddət bu ölkədə yaşaması ilə əlaqələndirir.


Bu barədə «Azadlıq» radiosuna baş redaktor özü məlumat verib. Onun dediyinə görə, müraciəti ilə bağlı mayın 28-də Rusiya səfirliyinə dəvət olunub.


Yanvarın 30-da «Nota-bene» qəzetinin əməkdaşı Fərəməz Novruzoğlu iki il müddətinə azadlıqdan məhrum edilib, baş redaktor Sərdar Əlibəyliyə isə 1 il 6 ay şərti cəza verilib. Həbsə səbəb qəzetin ötən ilin dekabr saylarında Fərəməz Novruzoğlunun «Boz kardinalın Naxçıvan yürüşü» və «Ramil Usubovun növbəti şər kampaniyası» başlıqlı məqalələri səbəb olub. Hazırda bu qəzet fəaliyyətini dayandırıb.


Mayın 25-də «Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin on nəfərdən çox əməkdaşı da siyasi sığınacaq almaq üçün beynəlxalq qurumlara, xarici ölkələrin Bakıdakı səfirliklərinə müraciət ediblər.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG