Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:51

Şəki sakini polisə çağırıldıqdan sonra intihar edib


Mayın 24-də Şəki sakini Mahir Davudov özünə qəsd edib. Mərhumun qardaşı «Turan»a bildirib ki, Mahir həmin gün səhər oğurluq faktına görə polis şöbəsinə çağırılıb. Şöbədən qayıdandan bir neçə saat sonra isə o, çardaqda özünü asıb.
Şəki Şəhər Polis Şöbəsindən «Turan»a deyiblər ki, Mahir Davudov daxil olmuş şikayət əsasında polisə çağırılıb. Bir neçə il əvvəl Mahir Davudov oğurluqda ittiham edilib.
Şəhər prokurorluğu faktla bağlı cinayət işi açıb. İşi aparan baş müstəntiq Vüqar Hacıyev deyib ki, özünə qəsdin səbəbi hələlik müəyyən edilməyib.



XS
SM
MD
LG