Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:02

20-dən artıq siyasi partiya və QHT birgə memorandum imzalayıb


«Memorandumda problemlərin ölkə daxilində həllilə bağlı hakimiyyətə də müraciət edilib»
«Memorandumda problemlərin ölkə daxilində həllilə bağlı hakimiyyətə də müraciət edilib»

Mayın 25-də 20-dən artıq siyasi partiya, Qeyri-Hökumət Təşkilatı (QHT) Azərbaycandakı son vəziyyətlə bağlı birgə memorandum imzalayıb. «Azərbaycan Naminə» İctimai Forumun prezidenti Eldar Namazovun «Azadlıq» radiosuna verdiyi məlumata görə, bir neçə saat davam edən toplantıda əsasən Azərbaycandakı ictimai-siyasi vəziyyət, mətbuatın durumu, insan hüquq və azadlıqlarıyla bağlı məsələlər müzakirə edilib. Hazırkı vəziyyətdən narahatlıq ifadə olunub. Cənab Namazov deyir ki, memorandumda ölkədə yaranmış vəziyyətdən çıxış yollarıyla bağlı bir sıra məsələlər öz əksini tapıb.


Onun sözlərinə görə, yaxın günlərdə forum adından beynəlxalq təşkilatlara mətbuata davamlı təzyiqlər göstərən konkret məmurlarla bağlı müraciət ünvanlanacaq ki, həmin məmurlara qarşı sanksiyalar tətbiq edilsin. Cənab Namazov bildirir ki, həmin məmurlara viza verilməsində, beynəlxalq təşkilatlarla əlaqələrdə müəyyən sanksiyalar tətbiq edilə bilər.


E.Namazov deyir ki, memorandumda problemlərin ölkə daxilində həllilə bağlı hakimiyyətə də müraciət edilib.


Mətbuatın iqtisadi vəziyyətilə bağlı çıxış edən «Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyev isə ölkə mətbuatının iqtisadi dayaqlarının tamamilə sarsıldığını deyib.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG