Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:42

Hər il avqustun 12-nin Xəzər günü kimi qeyd olunmasını qərara alınıb


Mayın 25-də Azərbaycan, Qazaxıstan, Rusiya, Türkmənistan və İran ekologiya nazirlərinin Bakıda keçirilən toplantısında Xəzərsahili ətraf mühitin qorunmasıyla bağlı bir sıra sənədlər imzalanıb.


Azərbaycanın Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırovun jurnalistlərə verdiyi məlumata görə, tərəflər Çərçivə Konvensiyası ilə 2007-2008-ci ildə həyata keçiriləcək layihələrin maliyyə və prosedur qaydalarını təsdiqləyiblər.


Razılaşmaya görə hər il avqustun 12-nin regional Xəzər günü kimi qeyd olunması qərara alınıb.


Xəzər ətrafı ətraf mühitin qorunmasıyla bağlı Çərçivə Konvensiyası Azərbaycan, Qazaxıstan, Rusiya və İran arasında 2003-cü il noyabrın 4-də Tehranda imzalanıb. Bir qədər sonra bu konvensiyaya Türkmənistanda qoşulub.


Növbəti görüş 2008-ci ilin mayında Tehranda olacaq.


XS
SM
MD
LG