Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:12

Milli Məclis 2007-ci ilin dövlət büdcəsinə nəzərdə tutulan dəyişiklikləri təsdiqləyib


Yeni dəyişikliklərə görə büdcənin gəlirlər hissəsi 5 mlrd. 335,7 milyon manatdan 5 mlrd.770, 9 milyon manata qədər artacaq.
Sənəddə Dövlət büdcəsinin xərcləri isə artırılaraq (600, 2 milyon manat) 6 mlrd. 314, 9 milyon manata çatdırılacaq.


Əlavə gəlirlərin əsas hissəsi, Dövlət Gömrük Komitəsinin, Vergilər Nazirliyinin, büdcə təşkilatlarının qeyri büdcə gəlirləri, banklar və s. sahələrin payına düşür.


Milli Məclis «Azərbaycan Respublikasının 2006-cı il üçün dövlət büdcəsinin icrası haqqında» qanunu təsdiqləyib. Sənədə əsasən, dövlət büdcəsinin gəlirləri 3 mlrd. 868 mln.773,0 min manat ($4 mlrd.330 mln.), xərcləri isə 3 mlrd. 790 mln.123,6 min manat ($4 mlrd. 242 mln.) təşkil edib. Gəlirlər üzrə proqnoz 100,8%, xərclər üzrə isə 94,2% icra olunub.



«Turan»ın məlumatına əsasən, dövlət büdcəsinin gəlirləri Ümumi Daxili Məhsulun 21,8%-ni, xərcləri isə 21,4%-ni təşkil edib ki, bu da 2005-ci ilin göstəricilərindən müvafiq olaraq 4,5 və 3,4 faiz çoxdur.


Dövlət büdcəsinin daxilolmalarının 68,9%-i və ya 2664,7 mln. manat Vergilər Nazirliyinin, 13,3%-i (505,4 mln. manat) Dövlət Gömrük Komitəsinin, 15,1%-i (585 mln. manat) Dövlət Neft Fondunun, 1,7%-i büdcə təşkilatlarının qeyri-büdcə daxilolmalarının, 1,0%-i digər mənbələrin payına düşüb.


Dövlət Neft Şirkəti Vergilər Nazirliyinin xətti ilə daxilolmaların 26,2%-ni təmin edib - 700,7 mln. manat.


Müdafiə xərcləri 640,7 mln. manat təşkil edib və 99,8% icra edilib, təhsilə 479 mln. manat yönəldilib, icra 96,1% olub, səhiyyəyə 162 mln. manat yönəldilib, icra 88,6% təşkil edib.


XS
SM
MD
LG