Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:49

Jurnalistlərə redaksiyada qalan avadanlıqları çıxarmağa icazə verilib


Jurnalistlərin avadanlıqları hara aparacaqları hələlik məlum deyil
Jurnalistlərin avadanlıqları hara aparacaqları hələlik məlum deyil

«Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin əməkdaşlarına redaksiyada qalan avadanlıqlarını (kompyuter monitorları, mebel və şəxsi əşyalar) çıxarmağa icazə verilib. «Gündəlik Azərbaycan» qəzetinin şef redaktoru Şahvələd Çobanoğlunun «Azadlıq» radiosuna verdiyi məlumata görə, bütün əməkdaşlar hazırda sözügedən avadanlıqları binanın qarşısına daşımaqla məşğuldurlar. Cənab Çobanoğlu deyir ki, ofisin sahibi də redaksiyanın bu gün təcili boşaldılmasını istəyir.


Jurnalistlərin avadanlıqları hara aparacaqları isə hələlik məlum deyil. Şahvələd Çobanoğlu deyir ki, kompyuterlərin yaddaş qutuları hələ də Milli Təhlükəsizlik Nazirliyindədir. Yaddaş qutularının nə vaxt qaytarılacağı isə məlum deyil.


Fövqəladə Hallar Nazirliyi sözügedən qəzetlərin ofisini mayın 20-də möhürləyib. Nazirlik yanğın təhlükəsizliyi ilə bağlı redaksiyada xeyli problemin olduğunu bildirib. Mayın 16-da MTN-in İstintaq Baş İdarəsi tərəfindən «Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin hazırda həbsdə olan təsisçisi və baş redaktoru Eynulla Fətullayevə qarşı Cinayət Məcəlləsinin 214-cü maddəsi ilə (terrorçuluqla hədələmə) cinayət işi qaldırıb. Həmin cinayət işi üzrə Eynulla Fətullayevə məxsus ofisdə və evdə mayın 22-də axtarışlar aparılıb. Mayın 23-də isə hər iki nəşr fəaliyyətini rəsmən dayandırıb.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG