Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:57

«Təhsil haqqında» qanunun müzakirəsi payız sessiyasına qaldı


Oqtay Əsədov «Təhsil haqqında» qanun layihəsində bir sıra çatışmazlıqlar olduğunu deyib
Oqtay Əsədov «Təhsil haqqında» qanun layihəsində bir sıra çatışmazlıqlar olduğunu deyib

«Təhsil haqqında» qanun layihəsində bir sıra çatışmazlıqlar var və ona görə də, qanun layihəsinin müzakirəsi parlamentin payız sessiyasına saxlanılıb. Bu barədə Milli Məclisin mayın 25-də keçirilən iclasında spiker Oqtay Əsədov deputat Pənah Hüseynin fikirlərinə münasibət bildirərkən məlumat verib.


«Trend» xəbər verir ki, Müsavat deputat qrupunun üzvü Pənah Hüseyn bildirib ki, onlarda olan məlumata görə, «Təhsil haqqında» yeni qanun layihəsinin müzakirəsinin parlamentin payız sessiyasına saxlanılması Maliyyə və İqtisadi İnkişaf nazirliklərinin təzyiqi nəticəsində baş verib. Onun sözlərinə görə, layihədə təhsil sahəsinə böyük məbləğdə maliyyə vəsaitlərinin ayrılması nəzərdə tutulduğuna görə, Maliyyə və İqtisadi İnkişaf nazirlikləri bununla razılaşmayıblar.


Deputatın bu fikirlərinə münasibət bildirən spiker Pənah Hüseyni böhtan atmaqda ittiham edib. Spiker qeyd edib ki, «Təhsil haqqında» qanunun parlamentin payız sessiyasına saxlanılması heç bir nazirliyin təzyiqi nəticəsində baş verməyib. Onun sözlərinə görə, layihə komissiyada müzakirə olunan zaman iclasda 97 nəfər iştirak edib, bunlardan da 40-ı millət vəkili olub.


Hazırda qüvvədə olan «Təhsil haqqında» qanun 1992-ci ildə qəbul olunub və onun müasir tələblərə cavab vermədiyi bildirilir. Yeni layihənin hazırlanmasına isə 1995-ci ildən başlansa da bu vaxta kimi onun qəbul edilməsi mümkün olmayıb.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG