Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:58

Ali Məhkəmə «Azadlıq» qəzetinin iddiasını rədd edib


«Azadlıq» qəzetinin boşaldılmış ofisi. 26 noyabr 2006-cı il
«Azadlıq» qəzetinin boşaldılmış ofisi. 26 noyabr 2006-cı il

«Azadlıq» qəzetinin Xəqani küçəsi 33 ünvanda yerləşən keçmiş ofisinin geri qaytarılmasıyla bağlı iddiasını Ali Məhkəmə rədd edib. Mayın 25-də keçirilən iclasda hakim İman Nağıyev ilkin məhkəmə instansiyasının qərarını qüvvədə saxlayıb. Qəzetin texniki direktoru Azər Əhmədov bundan sonra Avropa İnsan Haqları Məhkəməsinə müraciət etməyə hazırlaşdıqlarını bildirib.


Məhkəmə 2006-cı ilin noyabrında Dövlət Əmlakının İdarəedilməsi üzrə Dövlət Komitəsinin «Azadlıq», «Bizim Yol» qəzetlərinin, «Turan» İnformasiya Agentliyinin, «Yeni Nəsil» Jurnalistlər Birliyinin və Azərbaycan Xalq Cəbhəsi Partiyasının Xaqani küçəsi 33 ünvanında yerləşən binadan çıxarılması barədə iddiasının təmin etmişdi.


Bu addım yerli və beynəlxalq hüquq müdafiə təşkilatlarının etirazlarına səbəb olmuşdu.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG