Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:13

Harri Kasparov Avropa İnsan Haqları Məhkəməsinə şikayət verib


Harri Kasparov «Razılaşmayanların yürüşü» zamanı hüquqlarının pozulmasından Avropa İnsan Haqları Məhkəməsinə şikayət verib. Şikayət Strasburq Məhkəməsində qeydə alınıb.


Bunu «Interfax» Agentliyinə Birləşmiş Vətəndaş Cəbhəsinin liderinin vəkili Karina Moskalenko deyib.


Kasparov aprelin 14-də Moskvada icazəsiz «Razılaşmayanların yürüşü» vaxtı saxlanıb. Münsiflər Məhkəməsi onu hökumət əleyhinə şüarlar səsləndirməkdə ittiham edib. Kasparov 1000 rubl cərimə olunub.


Harri Kasparov hesab edir ki, onun təqsiri sübut olunmayıb və hakimiyyət Konstitusiyanın bir neçə maddəsini, o cümlədən toplaşma və ifadə azadlığı haqda maddələri pozub.


Günün bütün mövzuları

XS
SM
MD
LG