Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 21:10

«Təhsil haqqında» qanun layihəsinin müzakirəsi zamanı çoxlu sayda təkliflər səsləndirilib


«Təhsil haqqında» qanun layihəsinin müzakirəsi zamanı bir xeyli təkliflər oldu. Belə qərara gəlindi ki, komissiya iclaslarında bu təklifləri nəzərdən keçirsin». Bu barədə «Azadlıq» radiosuna millət vəkili Bəxtiyar Əliyev bildirib.


Mayın 24-də genişləndirilmiş tərkibdə Milli Məclisin Elm və Təhsil daimi komissiyasında layihənin müzakirəsi aparılıb.


Bəxtiyar Əliyev «çoxlu saydı maraqlı təkliflərin» səsləndirildiyini deyir. Millət vəkili bildirir ki, komissiya yeni təkliflər üzərində iyun ayında da işləyəcək və yekun variant parlament iclasına çıxarılacaq.


Hazırda qüvvədə olan «Təhsil haqqında» qanun 1992-ci ildə qəbul olunub və onun müasir tələblərə cavab vermədiyi bildirilir. Yeni layihənin hazırlanmasına isə 1995-ci ildən başlansa da bu vaxta kimi onun qəbul edilməsi mümkün olmayıb.


Parlamentin Mətbuat Xidməti digər komissiya iclaslarından fərqli olaraq budəfəki toplantıya heç bir kütləvi informasiya vasitəsi təmsilçisini dəvət etməyib.


XS
SM
MD
LG