Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:51

Müsavat mayın 26-da yürüş-mitinq keçirməkdən imtina etdi


Müsavat Partiyası Bakı Şəhər İcra Hakimiyyətinin partiyanın mayın 27-nə təyin etdiyi yürüş-mitinqin vaxtını dəyişməsi ilə bağlı bəyanatla çıxış edib.


Bəyanatda deyilir ki, meriyanın cavab məktubu partiyanın rəhbərliyində müzakirə olunub və yürüş-mitinqin təxirə salınması haqda qərar qəbul edilib.


Partiya xatırladır ki, meriya öz qərarını «Sərbəst toplaşmaq azadlığı» haqqında qanunun tələbləri ilə izah edir: «Halbuki qanunun tələblərinə görə, mitinqin yerini və vaxtını təşkilatlar müəyyən etməlidir. Qanun mitinqin vaxtının dəyişdirilməsinə müstəsna hallarda yol verir ki, indiki şəraitdə göstərilən halların heç bir mövcud deyil».


Müsavat hesab edir ki, əgər şəhər rəhbərliyi aksiyanın vaxtını dəyişdirmək zərurəti ilə üzləşmişdisə, onda bu, əvvəlcədən təşkilatçılarla müzakirə olunmalı, onları qane edən vaxt müəyyənləşdirilməliydi.


Partiya meriyanın sözügedən qərarını əhalinin sərbəst toplaşmaq azadlığının kobud şəkildə pozulması kimi qiymətləndirir.


Günün bütün mövzuları

XS
SM
MD
LG