Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 23:59

«Sankt-Peterburq görüşü nizamlanmada irəliləyəşə səbəb ola bilər»


«Əgər baza prinsipləri ilin sonunadək razılaşdırılmasa, danışıqların gələcək taleyi aydın olmayacaq»

«Əgər baza prinsipləri ilin sonunadək razılaşdırılmasa, danışıqların gələcək taleyi aydın olmayacaq»

ATƏT-in Minsk Qrupunun həmsədrləri Yuri Merzlyakov və Bernar Fasye Ermənistandakı görüşlərin nəticələrindən razıdırlar. Rusiyalı həmsədr Yuri Merzlyakov bildirib ki, mayın 23-də prezident Robert Koçaryan və Baş nazir Serj Sarkisyanla görüşlər keçirilib.


Koçaryan iyunun 10-da MDB-nin Sankt-Peterburqdakı sammiti zamanı növbəti dəfə Azərbaycan prezidentilə görüşməyə razılıq verib. «Biz həmçinin İlham Əliyevin razılığını almağa ümid edirik», - deyə Merzlyakov deyib.


Görüşlər zamanı sənədin baza prinsipləri üzrə razılaşdırılması barədə məsləhətləşmələr davam etdirilib. Yuri Merzlyakov: «Biz gördüyümüz qədər müəyyən irəliləyiş əldə olunub, Bakıdakı danışıqlar zamanı prosesin inkişaf edəcəyinə ümid edirik».


«Turan»ın məlumatına görə, Azərbaycan və Ermənistan prezidentlərinin gələcək görüşü barədə danışan Merzlyakov, görüşün uğurla keçəcəyi təqdirdə, baza prinsiplərinin yekun olaraq razılaşdırılması üçün dövlət başçılarının daha bir görüşünün keçirilməsinə ehtiyac olacağını deyib.


«Biz prezidentlərdən daha qlobal siyasi yanaşma gözləyirik», - deyə o, əlavə edib. Əgər Sankt-Peterburqdakı görüş uğurla keçsə, «sonadək razılaşdırılmamış» prinsiplərin sayı sıfıra enəcək. Merzlyakov deyib ki, çox az sayda, maksimum 3-4 razılaşdırılmamış məsələ qalıb.
Bernar Fasye isə bildirib ki, cari ildə nizamlanma məsələsində sıçrayış olacağına ümid edir: «Əgər bu, baş verərsə, gələcək sazişin hazırlanması üçün baza yaranacaq. Lakin əgər baza prinsipləri ilin sonunadək razılaşdırılmasa, danışıqların gələcək taleyi aydın olmayacaq. Ermənistanda, daha sonra isə Azərbaycanda keçiriləcək prezident seçkiləri danışıqlar prosesini o qədər ləngidəcək ki, sonra sıfırdan başlamaq lazım olacaq».


Günün bütün mövzuları

XS
SM
MD
LG