Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:21

Kür çayında suyun səviyyəsi aşağı enməyə başlayıb


Kür-Araz Bəndlərini bərkitmə İdarəsinin nümayəndəsi Məhərrəm Əliyevin «Azadlıq» radiosuna verdiyi məlumata görə, Salyan rayonu ərazisində suyun səviyyəsi bir neçə sm aşağı düşüb. Onun sözlərinə görə, çayın bir qədər yuxarı axarlarında, Sabirabad rayonu ərazisində suyun səviyyəsi təxminən 20 sm enib.


Bu il aprelin sonlarından başlayaraq Kür və Araz çaylarında suyun səviyyəsi qalxmağa başlayıb. Ən təhlükəli vəziyyət isə mayın 23-də Salyan rayonun Yenikənd və Qardaşbəyli kəndlərində bəndlərin partlaması ilə müşahidə olunub. Kür və Araz çaylarında belə daşqınlar sonuncu dəfə 2003-cü ildə olub.


XS
SM
MD
LG