Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:13

«Bakı Xəbər»in hesablarına həbs qoyulub


Baş redaktor «Bakı Xəbər»in fəaliyyətini dayandıracağını istisna etməyib
Baş redaktor «Bakı Xəbər»in fəaliyyətini dayandıracağını istisna etməyib

Məhkəmə orqanları bu il mayın 18-dən «Bakı Xəbər» qəzetinin maliyyə vəsaitlərinə faktiki həbs qoyub. Bu barədə «Turan»a qəzetin baş redaktoru Aydın Quliyev məlumat verib.


Onun sözlərinə görə, bu qərarın qəbul edilməsinə Ucar Rayon İstehlak Cəmiyyətinin sədri barəsində 2005-ci ildə qəzetdə gedən bir məqalə səbəb olub. Aydın Quliyev həmin şəxsin şərəf və ləyaqətin tapdanması iddiası ilə Səbail Rayon Məhkəməsinə müraciət etdiyini və 2005-ci ilin dekabrında məhkəmənin iddianı təmin edərək, qəzetin 20 milyon köhnə Azərbaycan manatı məbləğində cərimə olunması qərarını çıxarıb.


Məhkəmə qərarına əsasən, hər ay məbləğ hissə-hissə zərərçəkənə çatdırılmalı idi. Baş redaktor həmin şəxsin məhkəmə qərarı ilə razılaşmadığını, 2007-ci ilin fevralında Apellyasiya şikayəti verdiyini və məbləğin hamısının eyni vaxtda ödənilməsini tələb etdiyini və məhkəmənin də iddianı qəbul etdiyini bildirib.


Mayın 18-dən isə məhkəmə icraçıları qərarı icra edərək, bütün firmalara xəbər göndərib qəzetə maliyyə vəsaiti daxil olmasının qarşısını alıblar. Cənab Quliyev bu məhkəmə qərarının qəzetin fəaliyyətini dayandırmasına səbəb olacağını istisna etməyib və bildirib ki, bu qərar qəzetin Azərbaycan nəşriyyatına çap xərclərini ödəmək imkanından məhrum edir.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG