Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:08

Əzizə Mustafazadə Bakıda konsert verəcək



Tanınmış pianoçu və vokalçı Əzizə Mustafazadə Bakıda Opera və Balet Teatrında iyunun 8-də konsert verəcək. Bu barədə «Azadlıq» radiosunun «Can Bakı» verilişində Bakı Caz Mərkəzindən Rövşən Sənanoğlu bildirib.


İyunun 7-14-də Bakıda növbəti Caz festivalı keçiriləcək. Tədbirin təşkilatçıları Mədəniyyət və Turizm, Gənclər və İdman nazirlikləri, Azərbaycan Mədəniyyətinin Dostları Fondu və Bakı Caz Mərkəzidir.


Budəfəki festivala dünyanın daha çox ölkəsindən qrupların qatılacağı gözlənilir. Tədbirin açılış mərasiminin yeri dəqiqləşməsə də onun açıq havada baş tutacağı xəbər verilir. Konsertlər isə Opera və Balet Teatrında, Caz Mərkəzində, Filarmoniya və Yaşıl Teatrda olacaq.


Günün bütün mövzuları

XS
SM
MD
LG