Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:44

Nursultan Nazarbayevin kürəkəninə qarşı cinayət işi qaldırılıb


Qazaxıstanda prezident Nursultan Nazarbayevin kürəkəni – Raxat Əliyevə qarşı cinayət işi qaldırılıb.


Qazaxıstanın Daxili İşlər Nazirliyinin məlumatına əsasən, Əliyevin bu ilin yanvarında «Nurbank» iri kommersiya bankının iki keçmiş üzvünün oğurlanmasına aidiyyəti ola bilər.


Nazirliyin nümayəndəsi qeyd edib ki, Nazarbayev şəxsən güc strukturlarının rəhbərliyinə «vəzifə və mövqelərə baxmayaraq», həmin cinayətin bütün səbəblərini təhqiq etməyi tapşırıb.


Qazaxıstanın Avstriyada səfiri səlahiyyətlərini icra edən Əliyev «Nurbank»ın səhmdarıdır.
XS
SM
MD
LG