Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:14

Ramiz Mehdiyev Fərhad Əliyevin məhkəməsinə jurnalistlərin buraxılmaması məsələsinə aydınlıq gətirib


Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyevin məhkəməsinə əksər jurnalistlərin nə üçün buraxılmaması ilə bağlı «Azadlıq» radiosunun sualının cavablandırıb. Cənab Mehdiyev məhkəməyə buraxılan jurnalistlərin siyahısının Prezident Aparatında hazırlanması ilə bağlı yayılan fikirləri təkzib edib. O, mətbuat işçilərinin iştirakında məhdudiyyətləri zalda yerlərin az olması ilə əlaqələndirib: «Jurnalistlərdən başqa da maraqlı olan adamlar var ki, iştirak etmək istəyirlər. Məhkəmə zalında yerlər azdı və yerlərə müvafiq də jurnalistlər buraxılır».


Sabiq İqtisadi İnkişaf naziri, onun qardaşı və təqsirləndirilən daha 17 nəfərin Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə başlanan prosesində əksər jurnalistlərin iştirakına imkan verilmir.


Günün bütün mövzuları

XS
SM
MD
LG