Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:29

Belarus yoxsullara və əlillərə verilən imtiyazları ləğv edib


101 deputat qanun layihəsinin lehinə, cəmi bir nəfər isə əleyhinə səs verib
101 deputat qanun layihəsinin lehinə, cəmi bir nəfər isə əleyhinə səs verib

Belarus Xalq Məclisinin Nümayəndələr Palatası bir dəfəyə iki oxunuşda tələbələr, təqaüdçülər, əlillər və Çernobıl qəzasından zərərçəkmişlərin imtiyazlardan məhrum olunması haqqında qanun qəbul edib. 101 deputat qanun layihəsinin qəbulunun lehinə, cəmi bir nəfər isə əleyhinə səs verib. Xüsusi təyinatlılar güzəştlərin ləğvinə etiraz etməyə hazırlaşan gənclərin aksiyasını dağıdıb.


Güzəştlərin verilməsi əhalinin dövlət sosial müdafiəsinin ən çox vəsait tələb edən və qeyri-effektiv formasıdır. Bunu qanun layihəsini təqdim edərkən, Əmək və Sosial Müdafiə naziri Vladimir Potupçik deyib. Qanuna görə, tələbələr və əmək veteranlarına ictimai nəqliyyatda gediş üçün 50 faizlik güzəşt ləğv olunur. Təqaüdçülər və hətta 1941-45 müharibəsi zamanı konslager məhbuslarının imtiyazları da məhdudlaşdırılır.


Şərhçilər deyirlər ki, Aleksandr Lukaşenko Rusiya qazının bahalaşmasından sonra son 12 ildə yürütdüyü sosial siyasəti kökündən dəyişmək məcburiyyətində qalıb.


Gənclər və tələbə hərəkatlarının onlarla fəalı güzəştlərin ləğvinə qarşı Minskin Müstəqillik Meydanında, parlament binası qarşısında etiraz aksiyası keçirməyə hazırlaşırdı. Amma xüsusi təyinatlılar və mülki paltarlı milis gəncləri meydandan sıxışdırıb, yeddi nəfəri isə saxlayıb.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG