Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:32

ATƏT-in Minski Qrupu həmsədrləri mayın 24-də Bakıya gəlir


Mayın 23-də Ermənistan Xarici İşlər naziri Vartan Oskanyan ATƏT-in Minsk qrupunun rusiayalı və fransalı həmsədrləri Yuri Merzlyakov və Bernar Fasye ilə görüşüb. «Novosti Armeniya» agentliyinin nazirliyin Mətbuat və İnformasiya xidmətinə istinadən yazdığına görə, görüşdə əsasən Qarabağ danışıqları ilə bağlı razılaşdırılmayan məsələlər müzakirə olunub. Vartan Oskanyanla beynəlxalq vasitəçilər həmçinin növbəti görüşün qrafiki ilə bağlı da müzakirələr aparıblar.


Həmsədrlərin regiona səfərləri iki ölkə prezidentlərinin görüşünə hazırlıqla bağlıdır. Prezidentlərinin növbəti görüşü gələn ay Sankt-Peterburqda keçiriləcək iqtisadi sammitdə baş tuta bilər.


XS
SM
MD
LG