Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:42

Çin havaya təsir mərkəzi yaradır


Su resurslarından səmərəli istifadə məqsədilə 2010-cu ilədək Çin havaya süni təsir üzrə operativ dövlət mərkəzi yaratmaq niyyətindədir. Bu haqda «Sinxua» agentliyi məlumat verir.


Çin hesab edir ki, məhz iqlimin dəyişməsi çoxlu quraqlıq və selə səbəb olub. Bu ölkədə qeydə alınan müxtəlif təbii fəlakətlərin 70 faizindən çoxu iqlim dəyişikliyinin törətdiyi kataklizmlərin payına düşür. Bu, kənd təsərrüfatının inkişafını və ölkənin ərzaq təhlükəsizliyini təhdid etməyə başlayıb.


2010-cu ildə Çində süni yağışların törədiləcəyi rayonların ərazisi 3 milyon kvadrat kilometri ötəcək.


Günün bütün mövzuları

XS
SM
MD
LG